Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə müxtəlif növ döyüş və hərbi təyyarələrlə yanaşı 30 döyüş vertolyotu da olacaq.

335235
Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək

  Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətləri gerçəkləşəcək, əməliyyatlar keçiriləcək, qarşılıqlı döyüş bacarıqları göstəriləcək, axtarış-xilasetmə tədbirləri icra ediləcək, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

  “TurAz Qartalı_2015” taktiki təlimləri 22 avqustda başlayacaq və 28 gün davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr