"Xalqa tuşlanan hər güllənin cəzası veriləcək", R.T.Ərdoğan
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dövlətin və millətin varlığına tuşlanan hər güllənin cəzasının mütləq veriləcəyini söyləyib.
333810
Baş Qərargah rəisi Necdət Özel vəzifəsini general Hulusi Akara təhvil verdiyi mərasimdə son həftələr yüksələn terror dalğası ilə bağlı Ərdoğan danışıb və deyib: "Arxalarındakı güclərlə Türkiyənin bütövlüyünə, millətin birliyinə, bərabərliyinə, qardaşlığına hücum cəsarəti tapanlar cavablarını alırlar və alacaqlar. Dövlətin və millətin varlığına qarşı tuşlanan hər güllənin, atılan hər bombanın, qazılan hər çuxurun hesabı soruşulacaq, cəzası mütləq veriləcək".
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...