Montoneqro prezidenti Türkiyə haqqında

Montoneqro prezidenti Filip Vuyanoviç Türkiyənin, sadəcə ölkəsi üçün deyil, bütün cənub-şərqi Avropa ölkələri üçün güclü və təsirli bir ölkə olduğunu deyib.

332963
  Montoneqro prezidenti Türkiyə haqqında

  Vuyanoviç Türkiyənin istər büdcəsi, istərsə də ordusu ilə NATO-nun önəmli üzvlərindən biri olduğunu bildirib.

  Türkiyənin region dövlətlərə dəstəyini “şərtsiz və dürüst” adlandıran Vuyanoviç ölkənin özləri üçün önəmli bir partnyor olduğunu qeyd edib.

  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlunun NATO üzvlüyü müddətində Monteneqroya dəstəyini də “şərtsiz və dürüst” hesab etdiyini bildirib: “Türkiyə ilə münasibətlərimizə görə həm ölkəm, həm də öz adımdan qürur duyuram.”

  Monteneqroda yaşayan bosniyalıların da Türkiyə ilə Monteneqro arasındakı münasibətlərə töhvə verdiyini deyən Vuyoviç: “Burada yaşayan bosniyalıların Türkiyə ilə güclü bağları var. Ölkəmiz üçün inanılmaz körpülər yaradıblar” söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr