Türkiyə, Suriyada etibarlı bölgə mövzusunda israrlıdır

Baş Nazir Əhməd Davudoğlu, BBC-in Yaxın Şərq üzrə redaktoru Jeremy Bowenin Suriya və İraqdakı cərayan edən hadisələr, regional terrorla mübarizə və hökümət qurma prosesi ilə bağlı suallarını cavablandırıb.

323541
Türkiyə, Suriyada etibarlı bölgə mövzusunda israrlıdır

Türkiyənin, Suriyanın şimalında təhlükəsiz bölgə fikrini yenidən gündəmə gətirəcəyini söyləyən Davudoğlu, Suriyadakı qarşıdurmalardan qaçan insanlar üçün etibarlı bölgə yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları ilə birgə hərəkət edəcəklərini ifadə edib.
Davudoğlu, Suriyaya quru qoşunları göndərmək yerinə Suriyadakı müxalifəti gücləndirmək lazımdır deyə vurğulayıb.

Baş nazir, Türkiyənin mənfəətlərinə və təhlükəsizliyinə qarşı bir təhdidə əsla icazə verməyəcəklərini bildirib.
Suriyada 4 ildir davam edən qarşıdurmaların sona çatması üçün beynəlxalq cəmiyyəti daha çox şey göstərməyə çağıran Baş nazir, Türkiyənin DEAŞ və ya digər terror təşkilatlarını əsla dəstəkləmədiyini ifadə etdi.
Davudoğlu, Türkiyənin Kürdlərlə deyil terror təşkilatı PKK ilə mübarizə etdiyini qeyd edib.
7 iyun seçkilərini də qiymətləndirən Baş Nazir, AKP-in 41 faiz səs toplayaraq ən böyük partiya olduğunu qeyd edib.
Koalisiya danışıqlarının davam etdiyini ifadə edən Əhməd Davudoğlu, AKP-siz hökümət qurmaq mümkün deyildir deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr