Kos Adasına keçməyə çalışan 50 qaçaq yaxalandı

Bodrum Təhlükəsizlik Müdirliyinin təşkil etdiyi əməliyyatda   bir qrup qaçaq immiqrant yaxalandı

312365
Kos Adasına keçməyə çalışan 50 qaçaq yaxalandı

Bodrumda qeyri-qanuni yollarla Yunanıstanın Kos Adasına keçməyə çalışan 50 qaçaq immiqrant yaxalandı.

Bodrum Təhlükəsizlik Müdirliyinin təşkil etdiyi əməliyyatda qaçaq immiqrantlardan bir qrupu gǝmi ilǝ qaçmaq üzrəykən tutuldu.

Bir qrup mühacir də gǝmi sahildǝn təxminən 15 metr yol aldıqdan sonra, su almaq üçün yaxınlaşdığı digǝr sahildǝ tutuldu.
Aralarında uşaq, qadın və əlillǝrin də olduğu  suriyalı 50 qaçaq immiqrantın geri göndǝrilmǝsi üçün əməliyyatlar başladıldı.

Sahildə ayrıca köçkünlərin qaçırılması üçün hazırlanmış gəmi motorları, nasoslar və bir miqdar maye yanacaq ələ keçirildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr