Davudoğlu QHT nümayәndәlәrini qәbul edib

Baş nazir Əhməd Davudoğlu, Şərq və Cənub-şərqdən gәlәn 44 geyri hökümәt tәşkilatının nümayəndələrini Çankaya Köşkünde qәbul edib.

312134
Davudoğlu QHT nümayәndәlәrini qәbul edib

Yığıncaqda,AKP iqtidarı dövründə demokratikləşmə səylərinin, həll prosesinin bölgəyə qazandırdıqları və bunun qorunmasının vacib olduğu mövzusunda ortaq fikir bәyan edilәrkәn, әməliyyatlara bir-birindәn fәrqli münasibәtlәr bildirilib. İctimai әmin-amanlığın tәmini uğrunda lazımlı addımların atılması vә gərginlik mühitinin sona çatdırılmasının zәrurrәt olduğu vurğulanıb.
Baş nazir Əhməd Davudoğlu yekunda verdiyi açıqlamada hökumət olaraq bölgənin tәlәblәrinә və ictimai nizam ilә əlaqədar təmənna qarşısında qeydsiz qalmayacaqlarını qeyd edib.
Yığıncaqdan sonra Qeyri hökümәt tәşkilatları adından verilәn açıqlamada həll prosesinin yenidәn әlә alınması üçün PKK-nın silahlı qüvvәlәrini ölkә xaricinә çıxarmasının vacib olduğu vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr