Türkiyə İraq hökumətinə sərt reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi PKK-ya qarşı əməliyyatlara etiraz edən İraq hökumətinə sərt reaksiya verib.

309968
Türkiyə İraq hökumətinə sərt reaksiya verib

İraq hökumətinin bu mövqeyinin xəyal qırıqlığı yaratdığını ifadə edən nazirlik əməliyyatların beynəlxalq hüquq qaydaları çərçivəsində reallaşdırıldığını vurğulayıb. Nazirliyin açıqlamasında ayrıca olaraq İraqın ərazi bütövlüyü mövzusunda zəifliyinə də yer verilib. "Torpaqlarının üçdə biri terror təşkilatının nəzarəti altında olan və sərhədlərini nəzarət altında tuta bilməyənlərin ölkəmizin PKK terror təşkilatına qarşı əməliyyatlarına sərgilədikləri reaksiyaları anlamaq da qəbul etmək də mümkün deyil." deyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edək ki, İraqın Baş naziri Heydər Əl Ibadid Türkiyənin Şimali İraq əməliyyatlarına etiraz reaksiyası nümayiş etdirmişdi. İbadi Twitter hesabından "Türkiyənin İraq torpaqlarında həyata keçirdiyi hava əməliyyatları təhlükəli bir gərginlik yaratdığı kimi İraqın ərazi bütövlüyünə də təhdid meydana gətirməkdədir" deyə bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr