Ərdoğan, bu gün Çin Xalq Respublikasına gedir

Prezident Rəcəb Tayyib Ərdoğanın Çin Xalq Respublikasına sәfәri 3 gün davam edәcәk.

304322
Ərdoğan, bu gün  Çin Xalq Respublikasına  gedir

Prezident Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının Dövlət Başçısı Xi Jinpingin dəvəti ilə iyulun 28-30 tarixlərində Çinə rəsmi səfərə gedəcək. Ərdoğanı səfərdə nazirlər, millət vəkilləri, iş adamları və mətbuat nümayəndələrindən ibarət bir heyət müşayət edəcək. Ərdoğan Çinli həmkarı ilə aparacağı danışıqlarda iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq. Ərdoğan həmçinin, Milli Xalq Konqresi Başçısı Zhang Dejiang və Baş nazir Li Keqiang ilə də bir araya gələcək. Səfər çərçivəsində Pekində bir biznes forumun təşkil və iki ölkə arasında bəzi müqavilələrin imzalanması da nəzərdə tutulur. Çin səfərini başa vurduqdan sonra Ərdoğan İyulun 30-dan Avqustun 1 tarixlərində İndoneziyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində Ərdoğan İndoneziyalı həmkarı Coko Widodo ilə görüşəcək. Görüşlərdə hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq. Həmçinin Türkiyə-İndoneziya biznes forumunun keçiriliməsidə nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr