"Bu bir prosesdir ki, qətiyyətlə davam edəcək", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çin səfərindən əvvəl son günlər yaşanan hadisələri və terror təşkilatları DEAŞ və PKK-ya qarşı edilən əməliyyatlarla bağlı danışıb,

305167
  "Bu bir prosesdir ki, qətiyyətlə davam edəcək", R.T.Ərdoğan

"Bu ölkədə milli birliyimizi, qardaşlığımızı qəsd edənlərlə sülh prosesini davam etdirmək mümkün deyil. Lazım olan nədir? - Milli birlik, qardaşlıq. Türkiyə Respublikası hökuməti terror təşkilatları və sözdə siyasətçi, sözdə aydın, sözdə QHT nümayəndəsi olan hər kəsdən şəhidlərin qanlarının hesabını soruşmaq gücünə malikdir" deyib.

  MHP lideri Dövlət Bahçelinin HDP-nin bağlanılmasıyla bağlı etdiyi çağırışına da münasibət bildirən Ərdoğan “partiya bağlanılmasını doğru hesab etmədiyini, partiya rəhbərlərinin toxunulmazlıqlarını aradan qaldırmağı lazım bildiyini” söyləyib.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "etibarlı bölgə" barədə də danışaraq "Türkiyə Suriya sərhədində etibarlı bölgə yaradılması üçün bölgə terrordan arınmalı, sonra etibarlı hala gətirilməlidir” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr