34 vilayәtdә әmәliyyat hәyata keçirilib

Son günlərdə yaşanan terror aktlarından sonra PKK və gənclik quruluşu olan YDG /DEAŞ və DHKP-nində aralarında olduğu terror təşkilatlarına qarşı 34 vilayәtdә üç gündür davam etdirilən əməliyyatlar zamanı 851 nəfər tutulub.

347468
34 vilayәtdә  әmәliyyat hәyata  keçirilib

İstanbulda Terrora qarşı Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən terror təşkilatlarına qarşı 26 məhəllədə eyni zamanda təşkil edilən əməliyyatlar zamanı 140 ünvanda axtarış aparılıb. Nəticədə 37 – si xarici vətəndaş olmaqla 104 nəfər sorğuya alınıb. Bağcılarda xüsusi təyinatlı polislərlə qarşıdurmaya girən terror təşkilatı DHKP üzvü olduğu təsbit edilən və kamikadze hazırlığında olduğu iddiası ilə axtarılan Günay Özaslan isə öldürülüb. Bundan əlavə əməliyyatlarda DEAŞ-ın Türkiyədəki xaricilərdən üst səviyyəli məsul idarəçisi olduğu iddia edilən Abdulla Abdullayev və İstanbuldakı bir qrupun məsulu olduğu "Əbu Hənzələ" kod adlı Xalis Bayancuk ilə həyat yoldaşı da nəzarət altına alınıb. Digər bölgələrdə keçirilən əməliyyat tədbirləri nəticəsində aralarında xarici vətəndaşların da olduğu çox sayda adam saxlanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr