"Ana Vətən və Bala Vətən işlərini əl-ələ davam etdirməlidir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qıbrız (Kipr) Sülh və Azadlıq Hərəkatının 41-ci ildönümü münasibətilə dünən Şimali Kipr Türk Respublikasında "Sülh və Azadlıq" mərasimində iştirak edib.

383042
"Ana Vətən və Bala Vətən işlərini əl-ələ davam etdirməlidir"

  Paytaxt Nikosiyada (Lefkoşa) Prezident sarayında Ərdoğanı rəsmi mərasimlə həmkarı Mustafa Akıncı qarşılayıb.

  İki liderin görüşündən sonra heyətlərarası görüşlər reallaşıb.

  Ortaq mətbuat konfransında çıxış edən hər iki tərəfin rəhbəri Qıbrız probleminin həllində qərarlı olduqlarını söyləyiblər.

  Sonra Atatürk abidəsinə baş çəkən və çələng qoyan Ərdoğan xatirə dəftərinə də ürək sözlərini yazaraq imza atıb.

  Keçid mərasimində çıxışı zamanı Ərdoğan "Çox vaxt itirmədən həll yolunda məsafə qət edilməsinə ümid edirik" deyib.

  Siyasi bərabərlik nöqtəsində Qıbrızın cənub tərəfindən da eyni rəftarı gözlədiklərini qeyd edən Ərdoğan mövzunun daxili siyasətlərə, taktiki manevrlərə qurban edilməyəcək qədər əhəmiyyətli olduğunu vurğulayıb.

  Ana Vətənlə Bala Vətənin işlərini əl-ələ davam etdirməyin gərəkliyini mühüm hesab edən Türkiyə dövlət başçısı bitmək üzrə olan su layihəsindən də danışıb: "Bu su yalnız azadlıq suyu deyil, eyni zamanda, sülhün suyu olacaq. Suyun yalnız şimala deyil, adanın hər yerinə həyat verməsini istəyirik. Suyun quraq torpaqlara deyil, sonsuz könüllərə də həyat suyu olmasını istəyirik."

  Daha sonra hər iki ölkə başçısı keçid mərasimini birlikdə izləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr