Qırğızıstan xarici işlər naziri Mevlüt Çavuşoğlunu qəbul edəcək

Mevlüt Çavuşoğlu 22-24 İyul tarixlǝri arasında Qırğızıstanı ziyarət edəcək

382676
Qırğızıstan xarici işlər naziri Mevlüt Çavuşoğlunu qəbul edəcək


Türkiyənin strateji ortaqlarından Qırğızıstan xarici işlər naziri Mevlüt Çavuşoğlunu qəbul edəcək.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Qırğız həmkarı Erlan Abdıldayevin dəvəti ilə 22-24 İyul tarixlǝri arasında Qırğızıstanı ziyarət edəcək.

İki nazir Türkiyə ilə Qırğızıstan arasında 2011-ci ildə yaradılan  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının nəzdində fəaliyyət göstərən Ortaq Strateji Planlaşdırma Qrupu yığıncağına başçılıq edəcək.

Səfərdə həmçinin Türkiyə ilə Qırğızıstanı yaxından maraqlandıran regional və beynəlxalq inkişaflara bağlı əhatəli fikir mübadiləsi aparılacaq .

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr