Daxili İşlər Nazirliyindən Sanlıurfadakı terror aktı ilə bağlı

Şanlıurfanın Suruç rayonunda heyata keçirilen terror hücumundan sonrası Daxili İşlər Nazirliyindən verilәn açıqlamada bildirilib: Hadisәdә ilk mәlumatlara görә 27 nәfәr hәyatını itirib.

382677
Daxili İşlər Nazirliyindən  Sanlıurfadakı terror aktı ilə bağlı

Yaralanan 100-ə yaxın adam isә bölgәdәki xәstәxanalarda yerlәşdirilib. Saat 12.00dә törәdilәn hadisәdәn sonra bölgəyə xeyli sayda sәhhiyә işçisi cәlb olunub. Hücumun lәnәtlәndiyi açıqlamada "Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, kədərli ailələrinə başsağlığı və yaralı vətəndaşlarımıza təcili şəfalar diləyirik" deyilib. Bölgәdә, təhlükəsizlik qüvvәlәri tәrәfindәn lazımlı tәdbirlәrin hәyata keçirildiyi bildirilib.
Ölkәnin birlik və bütövlüyünü hədəf götürәn xayin hücum qarşısında mәtanәtin qorunması istәnilәn açıqlamada, cinayәtkarların әn qısa zamanda tutularaq hakim qarşısına çıxarılacağı vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr