Baş nazirdən koalisiya ilə bağlı açıqlama

Baş nazir Əhməd Davudoğlu vaxt itirmədən qarşılıqlı anlaşma şəraitində hökuməti yaratmaq istədiklərini bir daha təkrarlayıb.

379408
Baş nazirdən koalisiya ilə bağlı açıqlama

Partiyasının İstanbul mərkəz şöbəsində verilən iftarda koalisiya turları öncəsi siyasi partiyalara səslənən baş nazir, "ikili bayram olması üçün danışıqlara başlayacağıq, yaxşı nəticələr almağı ümid edirik" deyib.
Millətə ikiqat bayram sevinci yaşatmaq istədiklərini ifadə edən Əhməd Davudoğlu Türkiyənin vaxt itkisinə qarşı dözümü olmadığını söyləyib. "Ətrafımızdakı qarmaqarışıq durumda Türkiyənin dincliyinin, sabitliyinin hansı məna daşıdığını çox yaxşı bilirik. Əgər indi doğru addım atmazsaq, doru qərar verilməzsə Türkiyənin bir ilini deyil, bir əsrini itirmə riski ilə qarşı-qarşıya olduğunu yaxından hiss edirik" deyə baş nazir vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr