Әrdoğan: "məzlumlara qucaq açmaqda davam edəcəyik"

Türkiyəyə 5 il әrzindә gələn İraq və Suriyalılar üçün 6 milyard dollar xәrclәnib.

378978
Әrdoğan: "məzlumlara qucaq açmaqda davam edəcəyik"

Türkiyәnin, dünyadakı bütün məzlumların və zərər çəkmişlәrin ümidi olduğunu, belә bir ölkә olmanın mәsuliyyәtini uğurla daşıdıqlarını ifadә edәn Prezident Rəcəb Tayyib Ərdoğan, məzlumlara qucaq açmaqda davam edəcəyini, bunu əcdadından aldığı ilham vә dərslə reallaşdırdığını qeyd edib.
Türkiyənin sığınmacılara göstәrdiyi marağın bütün dünya tәrәfindәn təqdir etdiyini ifadә edәn Ərdoğan, "Türkiyəni ziyarәt edәn BMT Qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres, Midyatdakı iftar süfrәsindә etdiyi çıxışında mən özümdən utanıram. Çünki dünyada bu düşərgənin bənzəri bir düşərgə görmədim. Baş çәkdiyim düşərgələrin heç biriylә müqayisə edilә bilmәz” dediyini xatırladıb.
Prezident, Türkiyəyə sığınanların yemə-içmə, geyinmə, səhiyyə, məktəb kimi hər cür ehtiyaclarını tәmin etdiklәrini dә sözlәrinә әlavә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr