R.T. Ərdoğan ''Türkiyə sərhədlərində terrora icazə verməyəcək''

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ-la bağlı Türkiyənin dayanıqlı mövqeyini bir daha dilə gətirərək "Türkiyə sərhədlərində terrorun kök salmasına razı olmayacaq" deyə bildirib.

378162
R.T. Ərdoğan ''Türkiyə sərhədlərində terrora icazə verməyəcək''

Dövlət başçısı Türkiyədə fəaliyyət göstərən xarici ölkə səfirləri üçün verilən iftar yeməyindəki çıxışında DEAŞ-a qarşı ortaq mübarizənin əhəmiyyətinə toxunub. Təşkilatın insanlıqdankənar, vəhşi hərəkətlərini qınayan prezident "İnşallah birlikdə mübarizə aparmaqla bu xərçəng hüceyrəsindən xilas olacağıq" deyib.
Terrorla mübarizədə ölkələr arasındakı təsirli əməkdaşlığın əhəmiyyətinə toxunan prezident Türkiyənin DEAŞ-a bağlı terror şübhəsiylə 1300-dən çox əcnəbinin həbs və deportasiya etdiyini söyləyib.
Prezident Ərdoğan Sincan Uyğur Muxtar Vilayətindəki vəziyyətə də toxunub. Təzyiqlərlə əlaqədar olaraq çətinliklərin ən ali səviyyədə Çin tərəfinə çatdırıldığını bildirib. Dövlət başısı bu ayın sonunda Çinə edəcəyi ziyarətdə də, Türkiyənin bu məsələdə həssaslığının dilə gətiriləcəyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr