Koalisiya danışıqları bazar ertəsi günü başlayır

Prezident Rəcəb Tayyib Ərdoğanın 63-cü hökuməti qurma vəzifəsini tapşırdığı Baş nazir Əhməd Davudoğlu işlərə bazar ertəsi günü başlayacağını söyləyib.

378447
 Koalisiya danışıqları bazar ertəsi günü başlayır

Davudoğlu Bosniya və Herseqovina səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb. Baş nazir bildirib ki, həftə ərzində müxalifət partiyaları ilə danışıqlar aparılacaq. İlk görüş bazar ertəsi saat 14-də Cümhiriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu ilə baş tutacaq.
Davudoğlu CHP, MHP və HDP ilə danışıqlarda bir nəticə əldə etməyə çalışacaqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr