Baş nazir Əhməd Davudoğlu Bosniya-Herseqovinada

Baş nazir Əhməd Davudoğlu Srebrenitsa soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edilən mərasimlərə qatılmaq üçün Bosniya-Herseqovinaya səfər edib.

344571
Baş nazir Əhməd Davudoğlu Bosniya-Herseqovinada

Davudoğlunun ilk dayanacağı Sarayevodakı Kovac şəhidlər xiyabanı olub. Baş nazir burda Bosniya- Herseqovinanın əfsanəvi lideri Aliya İzzetbegoviçin qəbirini ziyarət edib.
Ə. Davudoğlu keçirəcəyi görüşlər çərçivəsində Bosniya və Herseqovina Dövlət Başçılığı Şurasının üzvləri ilə bir araya gələcək.
“Srebrenitsa iqtisadiyyatının gücləndirilməsi” layihəsinin açılış mərasiminə də qatılacaq Baş nazir daha sonra Milli Teatrda nümayiş etdiriləcək "Srebrenitsa cəhənnəmi" oratoriyasını izləyəcək.
Bosniya-Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşəcək Ə. Davudoğlu dövlət başçıları səviyyəsində təşkil edilən iftar proqramına da qatılacaq.
Baş nazir sabah Srebrenitsa soyqırımının 20-ci ildönümü mərasimində iştirak edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr