"Basqı və zülm ən çox bu təzyiqi edənlərə zərər verir"

Baş nazir yardımçısı Numan Kurtulmuş Sincan Uyğur Muxtar Vilayətində yaşananlara görə Çin Xalq Respublikası rəhbərliyini tənqid edib.

336659
"Basqı və zülm ən çox bu təzyiqi edənlərə zərər verir"

  Şərqi Türküstan Təşkilatları Platformasının İstanbul Emirgan Qoruğunda təşkil etdiyi iftarda olan Numan Kurtulmuş Çin Xalq Respublikasının idarəsindəki Sincan Uyğur Muxtar Vilayətində baş verənlərdən danışıb, Şərqi Türküstan kimi tanınan bölgədə uyğur türklərinə edilən zülmə qarşı beynəlxalq təşkilatları münasibət bildirməyə çağırıb.

  Kurtulmuş deyib: "Bu basqı açıq bir şəkildə dünya ictimaiyyətilə paylaşılmalıdır. Haqsızlıq varsa, bu haqsızlığın açıq və diplomatik yollarla bildirilməsi hər halda həm BMT, həm də insan haqqları pozuntularını təqib edən təşkilatların mühüm vəzifələrindən biridir."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr