TİKA-dan Qərbi trakyalı soydaşlara kömək

Yunanıstanın Qərbi Trakya və Bolqarıstanın Kırcaali bölgələrində yaşayan soydaşlara yardım layihəsinə nəzarət məqsədi ilə TİKA heyəti adıçəkilən bölgələrə gedib.

331913
TİKA-dan Qərbi trakyalı soydaşlara kömək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbərliyi (TİKA) Qərbi Trakya və Kırcaalidə Ramazan ayı münasibəti ilə valideyn himayəsindən məhrum və əqli cəhətdən qüsurlu uşaq və gənclərə müxtəlif yardım vasitələri və geyim yardımı edib.
Yunanıstanın Qərbi Trakya və Bolqarıstanın Kırcaali bölgələrində yaşayan soydaşlara yardım layihəsinə nəzarət məqsədi ilə TİKA heyəti adıçəkilən bölgələrə gedib. Vəziyyəti yerində araşdıran heyət üzvləri ziyarətin ilk günündə Gümülcine Baş konsulu Əli Rza Akıncı, İskeçe müftisi Əhməd Mete, İskeçe millət vəkili Hüseyn Zeybek, Mustafçova Bələdiyyə sədri Cəmil Kabza ilə Gencer kəndindəki iftar mərasimində bir araya gəliblər. Proqramda Qərbi trakyalı soydaşların ehtiyac və tələbatları ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfərin ikinci günündə də Bolqarıstandakı Koşukavak (Krumovgrad) Bələdiyyəsinə aid uşaq evi ilə Kırcaalidakı "Nadejda" əqli qüsurlular üçün təhsil mərkəzinə gedən heyət buranın sakinlərinə TİKA tərəfindən göndərilən yardımı təslim ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr