Davudoğlu İraqın Baş naziri ilǝ telefonla danışıb

Baş Nazirliyin açıqlamasına ǝsasǝn telefon danışığında iki ölkǝ arasındakı ǝlaqǝlǝrlǝ yanaşı İraq vǝ bölgǝdǝki vǝziyyǝt müzakirǝ edilib.

329487
Davudoğlu İraqın Baş naziri ilǝ telefonla danışıb

Baş nazir Әhmǝd Davudoğlu İraqın Baş naziri Heydǝr ǝl-Abadi ilǝ telefonla danışıb.
Baş Nazirliyin açıqlamasına ǝsasǝn telefon danışığında iki ölkǝ arasındakı ǝlaqǝlǝrlǝ yanaşı İraq vǝ bölgǝdǝki vǝziyyǝt müzakirǝ edilib.
Abadinin görüşdǝ Davudoğluna yeni hökumǝti formalaşdırma fǝaliyyǝtlǝrindǝ uğurlar arzuladığı vǝ qurulacaq yeni Türk hökumǝtilǝ xüsusilǝ ticarǝt, iqtisadiyyat vǝ tǝhlükǝsizlik sahǝlǝrindǝ ǝlaqǝlǝrin inkişaf etdirilmǝsinin daşdığı ǝhǝmiyyǝti vurğuladığı bildirilib.
Açıqlamada qeyd edildiyinǝ görǝ Abadi deyib ki, tǝhlükǝsizlik mövzusu, xüsusilǝ ölkǝmizǝ DEAŞ terrorçularının girmǝsinǝ imkan yaradan Suriya sǝrhǝdinin tǝhlükǝsizliyi vǝ qorunmasını ǝhatǝ edir. DEAŞ-ın Suriyadakı mǝzhǝblǝr barǝdǝki yanaşmaları tǝhrik etmǝ sǝylǝri İraq, Türkiyǝ vǝ bütün bölgǝyǝ öz tǝsirini göstǝrǝ bilǝr.
İraq tǝhlükǝsizlik qüvvǝlǝrinin DEAŞ-a qarşı zǝfǝr ǝldǝ etdiyini bildirǝn Abadi Әnbar vǝ Mosulu xilas etmǝk üçün sǝylǝrini davam etdirǝcǝklǝrini söylǝyib.
Baş Nazirliyin açıqlamasında Baş nazir Davudoğlunun “yeni hökumǝtin qurulmasının ardından iki ölkǝ arasındakı ǝlaqǝlǝri inkişaf etdirmǝk mǝqsǝdilǝ İraqa sǝfǝr edǝcǝyi” dǝ bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr