Türkiyə yenə yüzlərlə qaçqına qucaq açdı

Suriyanı qana bulayan DEAŞ terror təşkilatı yaxınlarda əlindən alınan Tal Abyada yenidən hücum edib. On nəfərlik motosikletlə hücum edən terrorçular vətəndaşları hədəfə alıblar.

326905
Türkiyə yenə yüzlərlə qaçqına qucaq açdı

  Dünən gün ərzində fasilələrlə davam edən qarşıdurmalardan qaçan suriyalılar yenə Türkiyəyə üz tutublar.

  DEAŞ güllələrindən 6 nəfər yaralanıb ki, 1-i yolda həyatını itirib, 5-i isə Şanlıurfanın Akçakale qəsəbəsində müalicə altına alınıb.

  İlk mərhələdə təxminən 850 qaçqın dəmir məftillərdən içəri buraxılıb.

  Xatırladaq ki, terror təşkilatı DEAŞ təxminən iki ildir əlində tutduğu Tel Abyadı bölgədəki kürd qruplarının hücumu nəticəsində tərk etmişdi. Bu zaman həm DEAŞ, həm koalisiya qüvvələrinin havadan hücumu və həm də qarşıdurmaların şiddətlənməsi nəticəsində təxminən 23 min suriyalı qaçaraq Akçakale sərhəd qapsısından Türkiyəyə sığınmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr