Ərdoğan Küveyt və Tunisdəki hücumları pislǝyib

Türkiyənin terrorla mübarizə mövzusunda Tunis və Küveyt ilə tamamilǝ həmrəylik içǝrisindǝ olduğu vurğulanıb.

321541
Ərdoğan Küveyt və Tunisdəki hücumları pislǝyib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan Küveytdə şiələrə mǝxsus bir məscidə cümə namazı zamanı edilən intihar hücumu və Tunisin Suse qəsəbəsində iki turistik oteli hədəfǝ alan silahlı hücumu sǝrt dillǝ pislǝyib.
Cümhurbaşqanlığı tǝrǝfindǝn yayımlanan açıqlamada Küveyt və Tunisin dinclik və sabitliyini hədəfǝ alan hücumların, terrorizmlə mübarizə mövzusunda beynəlxalq və regional əməkdaşlığın əhəmiyyətini aydın ortaya qoyduğu ifadə edilib.
Açıqlamada hücumların rəhmət və bərəkət ayı olan Ramazanda həyata keçirilməsinin təcavüzkarların vəhşiliklərini, müqəddəs dəyərləri saymadıqlarını göstərdiyi də qeyd olunub.
Türkiyənin terrorizmlə mübarizə mövzusunda Tunis və Küveyt ilə tamamilǝ bir həmrəylik içǝrisindǝ olduğu da vurğulanıb.
Digǝr tǝrǝfdǝn Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan Tunis prezidenti El-Baci Kaid es-Sibsi və Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ilə telefonla danışaraq terror aktlarından dərin kədər duyduğunu çatdırıb vǝ başsağlığı verib.
Xarici İşlər Nazirliyi da Tunisdə çox sayda adamın həyatını itirməsinə səbəb olan terror hücumunu sǝrt şǝkildǝ qınayıb.
Nazirlik tǝrǝfindǝn yayımlanan açıqlamada bildirilib ki, Türkiyə Tunisə güclü dəstəyini terrorla mübarizə daxil hər sahədə qətiyyətlə davam etdirəcəkdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr