"Bir dövlǝt qurulmasına ǝsla icazǝ vermǝyǝcǝyik", R.T. Әrdoğan

Dövlǝt başçısı Әrdoğan millǝtǝ vǝ dünyaya sǝslǝnǝrǝk Suriyanın şimalında, ölkǝnin cǝnubunda bir dövlǝt qurulmasına ǝsla icazǝ verilmǝyǝcǝyini bildirib.

321966
"Bir dövlǝt qurulmasına ǝsla icazǝ vermǝyǝcǝyik", R.T. Әrdoğan

“Bir dövlǝt qurulmasına ǝsla icazǝ vermǝyǝcǝyik”, R.T. Әrdoğan
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan millǝtǝ vǝ dünyaya sǝslǝnǝrǝk deyib ki, Suriyanın şimalında, ölkǝmizin cǝnubunda bir dövlǝt qurulmasına ǝsla icazǝ vermǝyǝcǝyik. Hǝr kǝs bunu aydın başa düşmǝlidir. Qarşılığı nǝ olarsa olsun bu mövzudakı mübarizǝmizi davam etdirǝcǝyik. Bölgǝdǝki terrorçu qrupların dǝstǝyi hardan aldığı bizim dǝ mǝlumumuzdur, bununla ǝlaqǝdar olan hǝr kǝs dǝ çox yaxşı bilir.
Әrdoğan İstanbulda keçirilǝn “Türk Qırmızı Aypara Cǝmiyyǝtinin medal proqramı vǝ iftar gecǝsi”ndǝ etdiyi çıxışda yekun nǝticǝyǝ nǝzǝr saldıqda Әsǝdin, DEAŞ-ın vǝ PKK-nın eyni xǝtt üzǝrindǝ olduğunun görüldüyünü bildirǝrǝk deyib ki, bu açıq hǝqiqǝt hǝr kǝsin mǝlumudur. Belǝ bir vǝziyyǝtdǝ Türkiyǝnin adını terrorla bir yerdǝ çǝkmǝk ancaq qǝrǝzli bir niyyǝtlǝ izah edilǝ bilǝr.
Türkiyǝyǝ “terrorçu ölkǝ” demǝyǝ heç kǝsin haqqı olmadığını vurğulayan Dövlǝt başçısı Türkiyǝnin adını hǝr hansı bir terror tǝşkilatı ilǝ bir arada çǝkmǝyin ǝn böyük böhtan olduğunu qeyd edib.
Әrdoğan onu da deyib ki, Türkiyǝ Suriyadakı azadlıq mübarizǝsinǝ ǝlbǝtdǝ dǝstǝk vǝrir, İraqda hüquqlarını müdafiǝ edǝnlǝrǝ dǝ elǝcǝ. Amma Türkiyǝ bu işlǝri görǝrkǝn terror tǝşkilatları ilǝ bir araya gǝlmir. Nǝ dövlǝt terroru ǝsdirǝn Әsǝd rejimi ilǝ, nǝ dǝ ordakı digǝr terror tǝşkilatları ilǝ Türkiyǝni hǝç kǝs yan-yana göstǝrǝ bilmǝz.
Suriyadakı humanitar vǝziyyǝtǝ dǝ toxunan Әrdoğan bunun hardasa bütün yükünü Türkiyǝnin vǝ Suriyaya qonşu bǝzi ölkǝlǝrin üzǝrinǝ buraxmağın haqsızlıq olduğunu söylǝyib.
Dövlǝt başçısı hansı etnik qrupa, hansı inanca vǝ hansı mǝzhǝbǝ aid olmasına baxmayaraq bütün Suriya vǝ İraq xalqının ciddi problemlǝrlǝ üzbǝüz olduğunu bildirǝrǝk bǝşǝriyyǝtǝ yaraşmayan bu vǝziyyǝtin tǝcili olaraq sona çatdırılmasının vacibliyini dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr