ABŞ Türkiyǝni tǝriflǝyib

ABŞ Dövlǝt katibi Con Kerri rǝsmi Ankaranın qarşıdurmalardan qaçanlara göstǝrdiyi dəstəyi təriflǝyib.

321847
ABŞ Türkiyǝni tǝriflǝyib

ABŞ Dövlǝt katibi Con Kerri rǝsmi Ankaranın qarşıdurmalardan qaçanlara göstǝrdiyi dəstəyi təriflǝyib.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Kerri Suriyanın şimalındakı hadisǝlǝrlǝ bağlı olaraq telefonla danışıblar.
Dövlǝt Departamentinin sözçüsü Kirby Çavuşoğlu və Kerrinin terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində yaradılan beynəlxalq koalisiyanın təşkilatın Suriyanın şimalında hǝyata keçirdiyi aktları ilǝ mübarizəsini müzakirǝ etdiklǝrini söyləyib.
Telefon danışığında bölgədəki qarşıdurmalara görǝ yaşanan sığınacaq probleminin dǝ müzakirǝ edildiyini ifadə edən Kirby Kerrinin, Suriya və İraqdakı qarşıdurmalardan qaçan təxminən 2 milyon qaçqının ehtiyaclarının ödǝnilmǝsi mövzusunda Türkiyənin comərdliyini təriflədiyini bildirib.
Kirby Çavuşoğlu və Kerrinin Suriyada baş verǝnlǝrlǝ bağlı yaxın ǝmǝkdaşlığın davam etdirilməsi barǝdǝ razı qaldıqlarını da qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr