"Türkiyəyə inanmamaq üçün əsasımız yoxdur", C.Kirbi

ABŞ Dövlət Katibliyi Hərbi Dəniz Donanması admiralı, sözçü Con Kirbi (John Kirby) DEAŞ terrorçularının Türkiyə üzərindən Kobaniyə keçdikləri iddiasıyla əlaqədar deyib:

320095
"Türkiyəyə inanmamaq üçün əsasımız yoxdur", C.Kirbi

  "Türkiyə Xarici İşlər Nazirliyi bu iddiaların qəti şəkildə yalan olduğunu bldirib. Onlara inanmamaq üçün heç bir əsasımız yoxdur."

  Kirby gündəlik mətbuat brifinqində NATO müttəfiqi Türkiyənin DEAŞ-la mübarizədə mühüm bir ortaq olduğunu diqqətə çatdırıb.

  Türkiyənin koalisiyaya dəstəyini davam etdirdiyini vurğulayan Con Kirbi “Bu baxımdan biz hələ də onlara minnətdar olmaqdayıq” ifadəsini işlədib və bunu da deyib ki, “Xarici döyüşçü axını və radikallaşma təkcə Türkiyə deyil, bütün beynəlxalq cəmiyyətlər üçün bir problemdir".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr