Ancelina Coli BMT-yə müraciәt edib

Mardinin Midyat qəsəbəsindəki mühacir düşərqəsini ziyarət edən Birləşmiş Millətlərin xoşməramlı sәfiri Ancelina Coli, düşərqədə mətbuat konfransı təşkil edib.

312190
Ancelina  Coli  BMT-yə müraciәt edib

Birləşmiş Millətlər Təşkilatinin Təhlükəsizlik Şurasına müraciət edən məşur ulduz, Türkiyə başda olmaqla qaçqın probleminin tәcili olaraq həll olmasını istəyib.
Coli, ‘‘ Lazımlı addımları atmalıyıq. Buna Suriyadan başlamalıyıq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daha bir dәfә səslənirəm ki, nümayəndələrinizi və elçilərinizi buraya göndərin. Vәziyyәti yerindә müşahidә edin” deyib.
Coli , Türkiyə, İraq, Livan və İordaniya xalqına yardımpərvərliklərinə görə təşəkkürünü bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr