Baş nazir: "Ramazan ayı bütün müsәlman alәminә xeyirli olsun"

Baş nazir Əhməd Davudoğlu, ilk təravih namazını Ankarada Diyanət İşləri İdarәsi Əhməd Həmdi Akseki məscidində qılıb.

308077
Baş nazir: "Ramazan ayı bütün müsәlman alәminә xeyirli olsun"

Diyanət İşləri Başçısı Mehmet Görmezin qıldırdığı namazdan sonra açıqlama verәn Davudoğlu, “Ramazan-ı şərifin bütün ölkəmizə, millətimizə, İslam aləminə, insanlığa xeyirli olmasını diləyirik” deyib.
Ramazan mesajında qardaş coğrafiyada yaşayan müsəlmanları unudmayan Baş nazir Davudoğlu: “Biz Ramazanı idrak edərkən Suriyada, Yəməndə, Liviyada, Misirdə bir çox ölkədə hökm sürәn qarşıdurmalar səbəbiylə Ramazanı gerçək mənada dərk edə bilməyən qardaşlarımız var. Bu müqәddәs Ramazanın qardaş xalqlara sülh, mərhəmət və şəfqət gәtirmәsini arzulayırım” deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr