Ərdoğandan Mursiyə görə beynəlxalq cəmiyyətə çağırış

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Misirdə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan,  haqqında verilən edam qərarının geri götürülməsi üçün beynəlxalq cəmiyyətlseçilmiş ilk prezident olan Məhəmməd Mursiəri hərəkətə keçməyə çağırıb.

306791
Ərdoğandan Mursiyə görə beynəlxalq cəmiyyətə çağırış

  Dövlət Başçılığı İdarəetmə Qurumunun Mətbuat Xidmətindən verilən məlumatda deyilir: “Mursi ilə birlikdə mühakimə olunan 105 adam haqqında verilən edam cəzası Türkiyə tərəfindən şiddətlə qınanılır və bu qərar Misirdə ictimai sülhü ciddi şəkildə təhlükəyə salır. Bu qərar hüququn, konstitusiyanın və azadlıqların qətlə yetirilməsidir. Minlərlə günahsız insanı öldürərək və on minlərlə adamı haqsız yerə həbsə ataraq rəhbərliyin ayaqlar altına salındığının ən bariz göstəricisidir”.

  Şərhdə o da bildirilir ki, “Misirdə ictimai uzlaşma və sabitliyin yenidən qurulması üçün Mursi və digər zərər çəkmişlər haqqında verilən edam cəzaları qaldırılmalı və bu işə mane törədilməlidir. Türkiyə Misirdə ədalət tərəzisinin, demokratiyanın və hüququn hakim olmasını xahiş edir və hər zaman qardaş Misir xalqının yanında olmağa davam edir".

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr