"AKP seçkilərin qalibi və birincisidir", Ə.Davudoğlu

Baş nazir Əhməd Davutoğlu AKP-nin - Ədalət və İnkişaf Partiyasının Baş İdarəsində seçki nəticələrini açıqlayıb:

295793
"AKP seçkilərin qalibi və birincisidir", Ə.Davudoğlu

  "AKP bir daha dastan yazdı: seçkinin birincisi Ak Partiyadır. Böyük uğurlara imza atdıq və bizi daha böyük uğurlar gözləyir. Kimsə seçkilərdə itirdiyi üçün zəfər əldə etməyə qalxmamalıdır. Hər kəs öz hesabıyla barışmalıdır. Millətin qərarı son qərardır. Bu qərara hörmət bütün tərəflər üçün zəruridir, əks halda, qəti-imkan tədbiri görüləcək."

  Vətənin Şərqi ilə Qərbini birləşdirməyə davam edəcəklərini söyləyən Davutoğlu daha sonra deyib: “Əmin-amanlığa və sabitliyə zərər gəlməsinə əsla icazə verməyəcəyik. Qardaşlığımızın kəsilməsini qətiyyən qoymayacağıq. Millətimiz dinclik içində olmalı və gələcəyə inamla baxmalıdır. Çünki Türkiyənin onurğası AKP yenə vəzifə başındadır və vəzifə başında da olacaq".

  Baş nazir yeni konstitusiya üçün də bütün partiyalara müraciət edib: “Gəlin, azad, insan şərəfinə söykənən, gələcəyə və istiqbala bütün gəncləri yaxşı hazırlayan yeni konstitusiya üçün birlikdə hərəkətə keçək”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr