Türkiyə istixana əkinçiliyində dünya beşincisidir

Türkiyə, təxminən 714 min dekar istixana әkinçiliyi sahəsiylə dünya üzrə beşinci yerdə qərarlaşıb.

301291
Türkiyə istixana əkinçiliyində dünya beşincisidir

Dünyada meyvə tərəvəz istehsalında əhəmiyyətli yerə sahib olan Türkiyə, təxminən 714 min dekar istixana әkinçiliyi sahəsiylə dünya üzrə beşinci yerdə qərarlaşıb. Tərəvəz isə ən çox Çin, Hindistan və ABŞ-da yetişdirilir. Türkiyə isə təxminən 30 milyon tonluq istehsalı ilə 4-cü yerdədir. Siyahıda Türkiyədən sonra İran, Misir və Rusiya qərarlaşıb.
İstixana sahəsində Çin 2 milyon 700 min hektar ilə birinci yerdədir. Daha sonra isə siyahıda Cənubi Koreya, İspaniya və Yaponiya yer alıb. Türkiyə isə yenə də 5-ci yerdə qərarlaşıb. Türkiyədə istixanaların təxminən 88 %-də tərəvəz, 10%-də meyvə və təxminən 2%- də dekorativ bitki becərilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr