Solingen qurbanlarının xatirǝsi yad edilib

Almaniyanın Solingen şǝhǝrindǝ irqçi qrupların yandırdıqları evdǝ hǝyatını itirǝn 5 Türk vǝtǝndaşı üçün hadisǝnin 22-ci ildönümündǝ anım mǝrasimi keçirilib.

297400
Solingen qurbanlarının xatirǝsi yad edilib

Almaniyanın Solingen şǝhǝrindǝ irqçi tǝcavüzkarların yandırdıqları evdǝ hǝyatını itirǝn 5 Türk vǝtǝndaşı üçün hadisǝnin 22-ci ildönümündǝ anım mǝrasimi keçirilib.
Mǝrasimǝ Türk icması ilǝ yanaşı çoxlu sayda Alman da qatılıb.
Qeyd edǝk ki, Almaniyanın Solingen şǝhǝrindǝ 1993-cü ildǝ Türklǝrin yaşadığı bir ev irqçi qruplar tǝrǝfindǝn yandırılmışdı. Hadisǝ zamanı eyni ailǝdǝn 3 uşaq vǝ iki qadın dəhşətli şǝkildǝ hǝlak olmuşdu.
22 ildǝn sonra hadisǝnin baş verdiyi evin qabağında Türk vǝ Almanlar irqçi hücumun qurbanları üçün anım mǝrasimindǝ bir araya gǝliblǝr. Hadisǝdǝ üç nǝvǝsi vǝ iki qızı hǝlak olan Durmuş vǝ Mevlidǝ Gǝnc cütlüyü evin qabağına çiçǝk qoyub.
Solingen Bǝlǝdiyyǝsinin sǝdri Norbert Fayt hǝr şǝyǝ rǝğmǝn mǝntiqlǝ rǝftar edǝn Gǝnc cütlüyünǝ tǝşǝkkür edib.
Düseldorf Baş konsulu Әlǝǝdin Temür isǝ Türkiyǝ olaraq hǝr zaman Almaniyadakı Türklǝrin yanında olacaqlarını söylǝyib.
TRT xǝbǝrǝ müsahibǝ verǝn Mevlüdǝ Gǝnc dǝ irqçi qrupların hücumlarına baxmayaraq Türklǝrin Almaniyanın bir parçası olmaqda davam edǝcǝyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr