TRT Baş Direktoru Şenol Göka mükafata layiq görüldü

Türk Dünyası 2-ci Jurnalistlər Şurası

291392
TRT Baş Direktoru Şenol Göka mükafata layiq görüldü

Türk Dünyası 2-ci Jurnalistlər Şurası, Tatarıstanın paytaxtı Qazanda başladı.

Şuranın açılışından əvvəl təşkil edilən mükafat mərasimində TRT Baş Direktoru Şenol Göka

Türk dünyası mətbuatına etdiyi xidmətlərdən ötəri mükafata layiq görüldü.

TRT Avaz kanalı da Türk dünyası ortaq mədəniyyətinin inkişaf etdirilməsində  müvəffəqiyyətli nəşrlərdən ötəri Türk Dünyası Mətbuat Mükafatına layiq görüldü.

Türk Dünyası 2-ci Jurnalistlər Şurasında, mətbuat təşkilatları arasındakı əməkdaşlıq, fəaliyyətlərin inkişaf etdirilməsi, ortaq mədəniyyətin yayılması, ortaq əlifba və Türk dünyası jurnalistlərin ünsiyyət şəbəkəsini bir dam altında yığacaq Türk Xǝbǝr Ajansı qurulması kimi mövzuların ələ alınacağı panellər də təşkil edildi.

Şuranın ilki, Türk Dünyası Mədəniyyət Paytaxtı Eskişehirdə təşkil edilmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr