Fələstin, Liviya, Misir, İraq və Suriyada yaşanan hadisələr

“21-ci əsrin bu mərhəmətsiz sisteminin davam edə bilməyəcəyini artıq bütün dünya dərk etməlidir”, bu sözləri dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

288136
Fələstin, Liviya, Misir, İraq və Suriyada yaşanan hadisələr

  İstanbulda təşkil edilən 6-cı Dünya Enerji Tənzimləmə Forumunda çıxışı zamanı Ərdoğan terror təşkilatı DEAŞ-ın hərəkətlərilə bağlı danışarkən bunları deyib: "DEAŞ neft quyularını ələ keçirib. Görəsən, kim üçün istifadə edəcək? Silahlar əldə edir. İnsanlara mərhəmətsizliyini sürdürür. Mənim üçün birinci dərəcəli olan insandır. Ölkəyə və xalqa yalnız yeraltı qaynaqların hesabına sözlə ifadəsi mümkün olmayan ağrı-acılar yaşadırlar.

  Dövlət başçısı çıxışında Fələstin, Liviya, Misir, İraq və Suriyada yaşanan hadisələrin çox dərslər verdiyini vurğulayaraq Yaxın Şərqdə qlobal sülh və əmin-amanlığın təminatı olan qanunların ayaqlar altına salındığını, beynəlxalq cəmiyyətlərin imtahandan çıxa bilmədiklərini söyləyib.

  Çıxışında Kipr (Kıprıs) mövzusuna da toxunan Ərdoğan: "Şimali Kipr Türk Respublikası və adanın enerji resursları ilə əlaqədar siyasətimizdə güzəştə getmək fikrimiz yoxdur: bölgədə çıxarılacaq hər hansı bir qaynaq bütün ada camaatınındır" deyib.

  Açılışı Rəcəb Tayyib Ərdoğan tərəfindən edilən 6-cı Dünya Enerji Tənzimləmə Forumu 28 mayda sona yetəcək.

  Forumda müxtəlif ölkələrdən enerji bazarlarını tənzimləyən qurumlar, şirkətlər və maliyyə təşkilatları, siyasətçi, alim və mütəxəssilər iştirak edir.

  Enerji və tənzimləmə sahəsində seçmə 100-dən çox moderator və natiqin olduğu forumda 6-ı ümumi olmaqla 24 iclas keçiriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr