Türkiyədən Polşadakı Tatarlara dəstək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA, Polşadakı Tatarların mədəni,ictimai və dini kimliklәrinin qorunması üçün əhəmiyyətli layihələrə imza atıb.

286444
Türkiyədən  Polşadakı Tatarlara dəstək

Hәmin çәrçivәdә bәrpa işlәri TİKA tәrәfindәn aparılan Bohoniki kəndindəki tarixi taxta məscid tәşkil edilәn mәrasimlә ibadәtә açılıb.
Mәrasimdә çıxış edәn Türkiyənin Varşava səfiri Yusuf Ziya Özcan, İslamın sülh və əmin-amanlıq dini olduğunu qeyd edib vә TİKA-ya gördüyü önәmli işlәr sәbәbiylә təşəkkür edib.
Polşa müftisi Tomasz Miskiewicz də öz növbəsində Polşada Tatar kimliyinin qorunması üçün Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayıb.
TİKA, Polşada hәyata keçirdiyi layihәlәr çәrçivәsindә Tatar Mədəniyyət Mərkəzi və paytaxt Varşavadakı müsəlman qəbristanlıqında da bәrpa işlәri aparıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr