İzmirdə Baş nazirlik ofisi açılıb

Davudoğlu: "Türkiyə vizionunun ən əhəmiyyətli şәhәrlәrindәn biri İzmir olacaq".

286859
İzmirdə Baş nazirlik ofisi açılıb

Baş nazir Əhməd Davudoğlu, İzmirdə Baş nazirlik Ofisinin açılış mәrasimindә etdiyi çıxışında yeni Türkiyə vizionunun ən əhəmiyyətli şәhәrlәrindәn birinin İzmir olacağına inandığını qeyd edib.
İzmirin, Anadolu, Asiya hinterlandıyla Avropanı və Aralıq dənizini birləşdirən xüsusi mövqeyə sahib olduğunu ifadə edən Davudoğlu,"Siyasi iradəmiz İzmiri hökumətimizin qərar mərkəzlərindən biri mövqeyinә çevirmәkdir. Burada qәbul edilәn qərarlar həm İzmir üçün həm ölkəmiz üçün xeyirli nəticələr doğuracaq" deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr