Çərkəz sürgününün ədalətli bir yaddaşa ehtiyacı var

Türkiyə Xarici İşlər Nazirliyinin katibi Tanju Bilgiç “Çərkəz sürgünü beynəlxalq zəmində tanınmalı olduğu halda hələ də lazımi səviyyədə əksini tapmayıb” deyərək "ədalətli bir yaddaş" çağırışı edib.

284368
Çərkəz sürgününün ədalətli bir yaddaşa ehtiyacı var

  Rusiya imperiyasının Qafqazı işğal etdiyi zaman çərkəzlərin həm döyüşlərdə, həm də 21 may 1864-cü il son atəşkəsindən sonra sistemli şəkildə qırğınlara məruz qaldığını, nəticədə 100 minlərlə adamın öldüyü, yerindən didərgin düşdüyü, sağ qalanların isə böyük qisminin Osmanlı dövlətinə sığındığını xatırladan Bilgiç deyib: "Bu böyük faciə zamanı həyatını itirənlərin xatirəsi qarşısında hörmətlə baş əyirik. Hamını ədalətli bir yaddaşla hadisələrə yanaşmağa və eyni zamanda, gələcək nəsillərə sülhsevər və dinc bir dünya bəxş etmək üçün düşünməyə və yollar təqdim etməyə çağırıram."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr