"Türkiyə, Bosniya və Herseqovinayaya dəstək verməkdə qərarlıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə, Bosniya və Herseqovinaya hər sahədə və mütamadi dəstək verməkdə qərarlıdır” deyə bildirib.

282615
"Türkiyə, Bosniya və Herseqovinayaya dəstək verməkdə qərarlıdır"

Prezident Bosniya və Hersoqovinada, ölkədəki kiçik və orta müəssisələri dəstəkləmək üçün Türkiyə tərəfindən təsis edilən 50 milyon avroluq ikinci kredit xəttinin təqdimatı və ilk 50 layihənin imza mərasiminə qatılıb.
Bosniya və Herseqovinadakı sabitliyin iqtisadi inkişafı və birbaşa xarici investisiyaların artmasına da səbəb olacağını bildirən Ərdoğan, ölkədə yaşayan bütün qrupların birlik, bərabərlik və həmrəyliklə, gələcəkləri üçün səy göstərəcəklərinә inandığını söyləyib.
Bosniya və Herseqovina Prezident Şurasının sədri Mladen İvaniç “Türkiyədən xahişimiz, Bosniya və Herseqovina iqtisadiyyatına dəstəyini davam etdirməsidir” deyə bildirib.
Prezident Ərdoğan, Sarayevoda bərpa edilən İsa bəy İshakoviç Hamamı ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA tərəfindən bərpa edilən Hünkar Məscidinin açılışını edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr