"Suriyalı qaçqınlara әn yaxşı şәrait yaratmaqda davam edәcәyik"

İbrahim Kalın: "DEAŞ-ın mәğlub olması üçün Suriyada müharibə sona çatmalı və Әsәd rejimi iqtidardan uzaqlaşdırılmalıdır".

284721
 "Suriyalı qaçqınlara әn yaxşı şәrait yaratmaqda davam edәcәyik"

Prezident administrasiyası baş katibinin müavini İbrahim Kalın, DEAŞ-ın mәğlub olması üçün Suriyada müharibənin sona çatdırılması və Әsәd rejimini iqtidardan uzaqlaşdırmanın vacib olduğunu, bunun isә ancaq Suriyadakı mühafizәkar müxaliflərə güclü dəstək verilәrәk mümkün ola bilәcәyini vurğulayıb.
Kalın, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin Washington Ofisinin növbәti konfransında, Əsəd rejiminin, Suriyalı müxaliflərin gücünü zəiflətmək vә onların dağılmasına zәmin hazırlamaq üçün DEAŞ-dan istifadә etdiyini qeyd edib.
Türkiyənin təxminən 1 milyon 700 min Suriyalı ilə 200 minә qәdәr İraqlı qaçqına ev sahibliyi etdiyini xatırladan Kalın, "Suriyalı qaçqınlara imkanlarımız çәrçivәsindә güclü şәrait yaradmaq üçün lazımlı addımları atmaqda davam edәcәyik deyib.
Türkiyənin Suriyaya silah göndərdiyi iddialarına da toxunan Kalın, "Suriya probleminin yarandığı ilk gündәn Prezidentimiz, Baş nazirimiz, xarici işlər Nazirimiz, Türkiyənin heç bir qruplaşmaya silah göndәrmәdiyini dәfәlәrlә sәslәndiriblәr. Buna hәr kәs inanmalıdır deyә vurğulayıb.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr