Ərdoğandan Krım tatarlarına dəstək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının məruz qaldığı sürgün faciəsinin 71-ci ildönümü münasibətilə Krım tatarları lideri, Ukrayna millət vəkili Mustafa Abdülcemil Kırımoğluna zəng edib.

281016
Ərdoğandan Krım tatarlarına dəstək

  Türkiyənin tatar soydaşlarıyla kədərli günlərdə də həmrəy olduğunu söyləyən Ərdoğan Krım-tatar xalqının başına gətirilən sürgünün tarixə qara bir səhifə olaraq yazıldığını və bu insanlıq xarici hadisənin əsla unudulmayacağını vurğulayıb.

  Ölkə rəhbəri, həm də Türkiyənin Ukraynadakı böhran başlayandan bu yana Krım-tatarlarının dinclik, rifah və təhlükəsizliyinə dəstək olduqlarını xatırladıb.

  Ərdoğan Rusiyanın 18 mayda Krımda kütləvi anma mərasimlərinin edilməsinə icazə verilməməsini də "qəbul edilməz" hal olaraq xarakterizə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr