Balkan xalqları ilə qardaşlıq bağlarımızı daha dərinləşdirmək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qardaşlıq hüququ çərçivəsində Türkiyənin Balkan ölkələrində bütün xalqların dinclik və rifah halının yüksəlməsini istədiyini söyləyib.

275295
Balkan xalqları ilə qardaşlıq bağlarımızı daha dərinləşdirmək

  Ərdoğan 20 mayda edəcəyi Bosniya Herseqovina səfərindən əvvəl bu ölkədə yayımlanan tanınmış “Stav” jurnalına müsahibə verib.

  Türkiyənin Bosniya Herseqovinaya baxışını izah edən Ərdoğan: "Əla səviyyədə ikitərəfli əlaqələrimizi daha da gücləndirmək istəyirik" deyə başlayıb.

  2014-cü ildə hakimiyyət başına gələn yeni hökumətlə əlaqələri nəzərdən keçirmək üçün gedəcəyi Bosniya və Herseqovinaya səfərini əhəmiyyətli bir fürsət kimi dəyərləndirən Ərdoğan boşnak, serb və ya xorvat demədən bütün etnik xalqlara bərabər yanaşdığını, bunun, hətta sözdə deyil, Türkiyənin ölkəyə etdiyi kömək və sərmayələrdə də özünü göstərdiyini bildirib.

  Türkiyənin Bosniya Herseqovinada sabitlik və inkişafın təmin edilməsi üçün hər cür dəstəyi verdiyini deyən Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa və Atlantik qurumlarıyla inteqrasiya prosesini də yüksək qiymətləndirib.

  Srebrenitsa ağrısına da toxunan Ərdoğan beynəlxalq cəmiyyətlərin Srebrenitsa soyqırımından dərs çıxararaq etnik nifrət əleyhinə tədbirlər görməsinin vacibliyini deyib və bu mövzuyla bağlı boşnak xalqının ağrılarını ürəkdən paylaşdığını dilə gətirib.

  Rəsəb Tayyib Ərdoğan Bosniya Herseqovinanın “Stav” jurnalına müsahibəsində ölkənin əvvəlki dövlət başçısı Aliya İzzet Beqoviçlə olan xatirələrindən danışıb, müalicə alması üçün onu Türkiyəyə dəvət etdikdə Aliyanın “ruhumu öz topraqlarımda təslim etmək istəyirəm” sözlərini yada salıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr