Gǝnclǝr ǝhalinin 16,5 faizini tǝşkil edir

Türkiyǝ Statistika İdarǝsi (TÜİK) 2014-cü ilǝ dair gǝnclik statistikalarının nǝticǝsini açıqlayıb.

274822
Gǝnclǝr ǝhalinin 16,5 faizini tǝşkil edir

Türkiyǝ Statistika İdarǝsi (TÜİK) 2014-cü ilǝ dair gǝnclik statistikalarının nǝticǝsini açıqlayıb.
Buna ǝsasǝn 2014-cü ildǝ ǝhalinin sayının 77 milyon 695 min 940 nǝfǝr olduğu müǝyyǝn edilib. Bunun 12 milyon 782 min 381 nǝfǝri “15-24” yaş qrupu arasındakı gǝnclǝrdir. Bu da ǝhalinin 16,5 faizini tǝşkil edir.
TÜİK-in ǝhali sayındakı analiz nǝticǝlǝrinǝ görǝ, ǝhalinin 2023-cü ildǝ 84 milyon 247 min 88 nǝfǝr olacağı güman edilir.
2023-cü ildǝ gǝnc ǝhalinin cǝmi ǝhali sayındakı nisbǝti isǝ 15,1, 2050-ci ildǝ 11,7, 2075-ci ildǝ isǝ 10,1 faizǝ düşǝcǝyi güman edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr