Türkiyənin ən böyük müzeyi

“Haleplibahçә” Muzey Kompleksi qapılarını açmağa hazırlaşır.

273305
Türkiyənin ən böyük müzeyi

200 hektarlıq  əraziyə inşa edilən muzeydə 10 min əsər nümayiş ediləcək
Türkiyənin ən böyük muzeyi - “Haleplibahçә” Muzey Kompleksi qapılarını açmağa hazırlaşır.
Türkiyənin “bağlı sahəyə ən çox əsər sığdırılan muzey” xüsusiyyətini daşıyan “Haleplibahçә” Muzey Kompleksi, ziyarətçilərinə tarixlə qarşılaşma fürsəti təqdim edəcək.
200 hektar sahəyə inşa edilən muzeydə nümayiş ediləcək 10 min əsər, xronoloji ardıcıllıqla, ziyarətçiləri “o dövrə” aparacaq.
Yüzlərlə insan və heyvan fiqurunun yaradıldığı oyma daşlar, qəbiristanlıqlar və kitabələrin olduğu muzeyin may ayı ərzində açılması planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr