Baş nazir obaları gəzdi, dəmir döydü, rejissorluq etdi

Miyonlarla insanı TRT ekranına kilidləyən “Diriliş” Ərtoğrul serialının çəkiliş meydançasında olan Davudoğlu öncə tarixi hadisələrin filmlərdə doğru-düzgün əks olunmasının vacibliyindən və əhəmiyyətindən danışdı.

271574
Baş nazir obaları gəzdi, dəmir döydü, rejissorluq etdi

  Baş naziri İstanbul Rivadakı dekorasiya meydançasında TRT-nin Baş direktoru Şenol Göka qarşıladı. Aktyorlar isə Davudoğlunun at belində salamladılar.

  Artistlərlə Baş nazir və həyat yoldaşı bir-bir söhbət etdilər.

  Davudoğlunun Kayı obasına girişi baraban çalınaraq qarşılandı.

  Xanımı Sare Davudoğlu kilim çadırına girdi, parçalara maraqla baxdı.

  Əhməd Davudoğlu qollarını çırmalayıb dəmir də döydü.

  Sonda Baş nazir başına papaq (lakpak) qoyaraq aktyorlarla xatirə fotoşəkli çəkdirdi və dedi: “Diriliş” serialında bir dövlətin quruluş mərhələsindən necə keçdiyi, oba ənənəsindən bəylik, dövlət və imperatorluğuna qədər nə cür gəldiyinin ana fəlsəfəsi əks olunur. Buna görə serial əhəmiyyətli və son dərəcə müvəffəqiyyətlidir".

  Baş nazir Əhməd Davudoğlu, ümumiyyətlə, TRT-nin seriallarını maraqla izlədiyini bildirdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr