"Gəlin, Türkiyənin etdiyi fədakarlıqları öz gözlərinizlə görün"

“Aralıq dənizi üçün Birlik Parlamentlər Assambleyası” Parlament sədrlərinin Zirvə Toplantısı Portuqaliyanın paytaxtı Lissabonda edilir.

270297
"Gəlin, Türkiyənin etdiyi fədakarlıqları öz gözlərinizlə görün"

  Toplantıda Türkiyəni təmsil edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Suriyada yaşanan insani böhranın Türkiyə üzərindəki təsirlərinə diqqət çəkib.

  Çiçək Türkiyədə qonaq edilən təxminən 2 milyon suriyalı üçün 5 milyard yarım dollardan çox xərcləndiyini söyləyib: "Hamınızı dəvət edirəm, gəlin, Türkiyənin etdiyi fədakarlıqları öz gözlərinizlə görün".

  Cəmil Çiçək terror təşkilatı DEAŞ-la mübarizədə sərhəddən keçənlərin qarşısını almaq üçün həyata keçirilən əhatəli mübarizədən bəhs edərək "DEAŞ-a qatılmaq istəyən 12.500 adamın Türkiyəyə girişi qadağan olunub, 1200 nəfər deportasiya edilib. Bizim bu yükün altından təkbaşına qalxmağımız mümkün deyil" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr