"Dünyanın hər guşəsinə viza qayğısı olmadan səyahət edəcəyik"

Baş nazir Əhməd Davudoğlu İstanbuldakı Çırağan Sarayında təşkil edilən Türkiyə İxracatçılar Məclisinin Müşavirə Toplantısında iştirak edib.

269822
"Dünyanın hər guşəsinə viza qayğısı olmadan səyahət edəcəyik"

  Davudoğlu burada etdiyi çıxışı zamanı "2002-ci ildə 42 ölkə ilə olan sərbəst viza razılaşmasının 2015-ci ildən başlayaraq 76 ölkəyə yayılacağını, bu rəqəmin daha da artacağını” deyib.

  “Türkiyəli ixracatçının dünyanın hər guşəsinə viza qayğısı olmadan səyahət edə bilməsini arzuladıqlarını” söyləyən Baş nazir “İxracat artımının Türkiyənin hər şəhərində diqqətçəkici ölçüdə olduğunu” vurğulayıb və deyib: "İxracat artımının 5 qatdan az olduğu şəhər görmədim. Bəzi yerlərdə hətta 10 dəfə artıb. 1 milyard dollarlıq ixracat edən şəhərlərimizin də sayı 5-dən 16-ya çıxıb".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr