"Türkiyə Kıbrıs Probleminin həlli mövzusunda Ciddi addımlar atır

Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı, xaricә olan ilk rәsmi sәfәrini Türkiyәyә edib.

266188
"Türkiyə Kıbrıs Probleminin həlli mövzusunda Ciddi addımlar atır

Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı, xaricә olan ilk rәsmi sәfәrini Türkiyәyә edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvətinә görә Ankaranı ziyarәt edәn Musdafa Akıncı, ölkәsinә qayıdarkәn hava limanında verdiyi açıqlamada, sәmәrәli görüşlәr keçirdiyini ifadә edәrәk “Türkiyə səlahiyyətlilərinin Kıbrıs mәsәlәsinin hәlli mövzusunda ciddi olduqlarını daha bir dәfә müşahidə etdim” deyә vurğulayıb.
Rum Rəhbərliyi lideri Nikos Anastasiadis ilә qarşıdakı günlәrdә bir araya gələrək müzakirələri başlatacaklarını xatırladan prezident Akıncı bildirib ki, Ankara səfərim problemin hәlli baxımından әhәmiyyәt daşıyır.
Digər tərəfdən, ABŞ vitse-prezidenti Joe Biden ilә Rum rəhbərliyi lideri Nikos Anastasiadis arasında telefon danışığı olub.
Әldә edilәn mәlumata görә Biden, Anastasiadisә, Kıbrıs məsələsinin həlli üçün Şimali Kıbrıs Türk Respublikası Prezidenti Mustafa Akıncı ilә әmәkdaşlıq etmәsinin vacibliyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr