171 immiqrant daha xilas edilib

Türkiyə Sahil Təhlükəsizlik Region Komandirliyinin xilasetmə qrupları Aralıq dənizinin Mersin sahillərində 171 qaçaq immiqrantı xilas edib.

265564
171 immiqrant daha xilas edilib

Türkiyə Sahil Təhlükəsizlik Region Komandirliyinin xilasetmə qrupları Aralıq dənizinin Mersin sahillərində 171 qaçaq immiqrantı xilas edib.
Sahil Təhlükəsizlik Komandanlığının rəsmi internet saytından verilən açıqlamada, qaçaq immiqrantların Sahil Təhlükəsizlik İdarəsindən kömək istədikləri bildirilib.
Çağırışdan sonra axtarış işlәrinә başlayan xilasetmə dәstәlәri bir balıqçı gəmisində 32-si qadın, 2-si əlil, 55-i uşaq olmaqla 171 qaçaq immiqrant Mersin limanına gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr