"21-ci Beynəlxalq Enerji və Ekologiya" Sərgi və Konfransına sta

Sabah İstanbulda “21-ci Beynəlxalq Enerji və Ekologiya” Sərgi və Konfransına start veriləcək.

262390
"21-ci  Beynəlxalq Enerji və Ekologiya" Sərgi və Konfransına sta

Sabah İstanbulda “21-ci Beynəlxalq Enerji və Ekologiya” Sərgi və Konfransına start veriləcək.
Enerji sektorunun ən əhəmiyyətli platforması olan Beynəlxalq Enerji və Ekologiya Sərgi və Konfransı , ‘‘Enerji Sənaye sektorunda 21-ci il’’ adı ilə 3 gün davam edəcək.
Enerji və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Şəhərsalma üzrə Nazirliyi və Enerji Bazarı Tənzimləmə Təşkilatının dəstəyi ilə keçirilən ‘‘ICCI 2015 – 21-ci Beynəlxalq Enerji və Ekologiya sərgisi və Konfransına’’ 35 ölkədən təxminən 400-ə yaxın şirkət qatılacaq.
Sərginin açılış mərasimində Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız da iştirak edəcək.
İclaslarda, elektrik paylama sektoru, yenilənən enerji sərmayələri, günəş enerji sistemləri, hidravlik tutum, istilik elektrik stansiyaları, kömür administrasiyası, nüvə, külək enerji sektoru kimi müxtəlif mövzular müzakirə ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr