Enerji və Təbii Sərvətlər naziri dördtərəfli görüşdə iştirak edi

Taner Yıldız, Türkmənistan qazının Xəzər dənizindən keçməsini həm siyasi həm də texniki tərəfdən dəstəklədiklərini bildirib.

258535
Enerji və Təbii Sərvətlər naziri dördtərəfli görüşdə iştirak edi

Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Türkmənistanda keçirilən Türkiyə-Türkmənistan-Azərbaycan və Avropa İttifaqı arasında dördtərəfli görüşdə iştirak edib.
Taner Yıldız, Türkmənistan qazının Xəzər dənizindən keçməsini həm siyasi həm də texniki tərəfdən dəstəklədiklərini bildirib.
Nazir Türkiyənin, Türkmənistanın təbii qazının Türkiyədən Avropa İttifaqına verilməsiylə əlaqədar müsbət mövqeyini, 1990-cı illərdən bu zamana qədər davam etdirdiyi barədə də danışıb.

Türkmənistanın paytaxtı Aşqabatda keçirilən görüşdə, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Baymırat Hocamuhammədov, Azərbaycanın Energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç qatılıb.

Azərbaycanın Energetika naziri Natiq Əliyev isə Türkiyənin nəhəng enerji lahiyələri ilə tanındığına diqqət çəkərək, "təbii qazın nəql edildiyi bazarlar və istehlakçı ölkələr qədər Türkiyə kimi keçid ölkələr də böyük əhəmiyyət daşır" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr